“Rusiyanın prinsipial mövqeyi dəyişməz olaraq qalır” – Rusiya XİN-dən Qüds bəyanatı

“Rusiyanın prinsipial mövqeyi dəyişməz olaraq qalır” – Rusiya XİN-dən Qüds bəyanatı

Moskva ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması və səfirliyi ora köçürməsi qərarından narahatdır.

Avropa.info xəbər verir ki, bu bəyanatla Rusiya XİN-ı çıxış edib.

“Vaşinqtonun elanı Moskvada ciddi narahatlıqla qarşılanıb. İsrail-Fələstin münaqişəsinin ədalətli və etibarlı nizamlanması beynəlxalq hüquqi əsasda həyata keçirilməlidir. ABŞ-ın İsraillə bağlı yeni mövqeyinin İsrail-Fələstin münasibətlərini və bütünlükdə regiondakı vəziyyəti risk altına alması ciddi təşviş yaradır” – bəyanatda belə deyilir.

Rusiya XİN-i tərəfləri dözümlülük göstərməyə və təhlükəli, nəzarət olunmaz fəaliyyətlərdən çəkindirməyə çağırıb.

“Bununla yanaşı Rusiyanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe uzunmüddətli Fələstin-İsrail münaqişəsinin İsrail dövlətinin beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər çərçivəsində  təhlükəsiz və sülh şəraitində mövcudluğunu, həmçinin Fələstin xalqının öz müstəqil dövlətini yaratmasını ehtiva edir” – Rusiya XİN bəyanatında deyilir.

Qeyd edək ki, dünən gecə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etmişdi.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər