“Pole çudes” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olundu – Video/Foto

Cümə günü Rusiyanın Birinci kanalında yayımlanan “Pole çudes” verilişinin növbəti buraxılışı Beynəlxalq çay gününə və Azərbaycana həsr olunub.

Avropa.info “Report”a istinadən bildirir ki, yayım ərzində verilişin çoxmilyonluq auditoriyası Azərbaycanın rəqs, musiqi və çay ənənələri ilə tanış olub, studiyanın özü isə Azərbaycanın milli ornamentləri ilə bəzədilib.

Həmçinin verilişdə Azərbaycandan olan iştirakçılar, eləcə də şou-men Murad Dadaşov iştirak edib.
Tok-şounun efirində tarzən Şəhriyar İmanov çıxış edib, eyni zamanda Əməkdar artist Həsənağa Sadıqov nəlbəkidə ifası ilə qonaqları təəccübləndirib. Verilişdə, eyni zamanda, yerli müğənnilərdən Valeriya, Taisiya Povali və Valeri Sutkin də çıxış edib.

Verilişin qalibi keçmiş ŞHK-çı Murad Dadaşov olub. O, aparıcı Leonid Yakuboviçə “Qarabağ” futbol klubunun üzərində futbolçuların imzası olan formasını, müxtəlif Azərbaycan meyvələrindən hazırlanmış mürəbbələr və bir banka neft hədiyyə edib.

"Pole çudes" verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub - VİDEO - FOTO

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər