Bakıda ana ilə oğlunu maşın vurdu – Uşaq öldü

Bakıda ana ilə oğlunu maşın vurdu – Uşaq öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Avropa.info DİN-ə istinadən xəbər verir ki, hadisə dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi qeydə alınıb.

Qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər