Bakıda naməlum kişi meyiti tapıldı – Foto

Bakıda naməlum kişi meyiti tapıldı – Foto

Cari il dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə kliniki tibbi mərkəzə yerləşdirilib və orada ölüb.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı DİN mətbuat xidməti yayıb.

Həmin kişinin xarakterik əlamətləri belədir:  boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qara, əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər