Suriyalı qaçqına Messidən böyük sürpriz – Video

Suriyalı qaçqına Messidən böyük sürpriz – Video

On səkkiz yaşlı suriyalı qaçqın Nujeen Mustafanın xəyallarını heyranı olduğu “Barselona” klubunun hücumçusu Lionel Messi gerçəkləşdirib.

Avropa.info xəbər verir ki, “Barselona” klubunun Tvitter hesabında yayılan videoda suriyalı Nujeen Mustafanın məskunlaşdığı şəhərdən komandanın oyununa aparıldığı əks olunub.

Suriyanın Hələb şəhərində doğulan və beyin iflici səbəbindən əlil arabasında gəzən Nujeen ölkəsində baş verən hadisələrə görə 2015-ci ildə bir çox ölkədən keçərək Almaniyanın Köln şəhərində məskunlaşıb.

Təxminən beş min kilometr sürən yol hekayəsi və yaşadıqları ingiltərəli jurnalist Kristina Lamb tərəfindən qələmə alınaraq, kitab şəklində nəşr olunduqdan sonra dünyada tanınmağa başlayan suriyalı gənc qızının xəyalarını tərəfdarı olduğu “Barselona” gerçəkləşdirib.

“Bareselona” oyunçularını daşıyan avtobus suriyalı qaçqın qızın Kölndəki yaşadığı evin önünə qədər gələrək onu İspaniyaya aparıb. Burada “Baselona”nın oyununu izləyən gənc qıza kürəyində “Nujeen” yazılan forma hədiyyə edilib.

Yaşadığı çətinliklərə görə məktəb həyatına 17 yaşında başlayan Nujeeni aralarında Lionel Messi, Andres İniesta, Luis Suarez və Gerard Piquenin olduğu “Barselona”lı futbolçular qarşılayıblar.

Pərəstişkarı olduğu Messidən xüsusi diqqət görən suriyalı gənc onunla şəkil çəkdirərək, ondan imzalı formasını hədiyyə alıb. Futbolçulara imzalı kitabını verən Nujeen, “Həyatımın ən gözəl gününü keçirirəm. Bu böyük sürprizə görə “Barselona” və Messiyə çox təşəkkür edirəm”, deyə bildirib.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər