Diqqət! Selfi çəkdirənlər bu ruhi xəstəliyə tutulmuş ola bilər

Diqqət! Selfi çəkdirənlər bu ruhi xəstəliyə tutulmuş ola bilər

Psixoloqlar mütəmadi olaraq selfi çəkdirib sosial şəbəklərdə paylaşanların “selfitis” xəstəliyinə tutulduğunu və psixoloji köməyə ehtiyacları olduğunu deyirlər.

Avropa.info xəbər verir ki, “The Daily Telegraph” qəzetinin xəbərinə görə, Amerika Psixiatriya Birliyi bu vərdişi xəstəlik kimi qiymətləndirir.

Nottingem Trent Universiteti ilə Hindistanın Tiaqarajar İnstitutu da bu vərdişin xəstəliyə çevrilib çevrilməməsini araşdırmağa qərar verib.

Aparılan araşdırmalar nəticəsində selfitisin ruhi pozuntu olması nəticəsinə gəliblər və vəziyyətin ciddiliyinin qiymətləndirilməsi üçün “selfitis davranış şkalası” müəyyən ediblər.

Şkala 1-dən 100-ə qədər uzanır. Hindistanda elfi çəkdirənlərin bunu niyə etməsi ilə bağlı araşıdrmada 200 nəfər iştirak edib və daha sonra 400 nəfər də yoxlanılıb. Təhlükəli yerlərdə selfi çəkdirənlər və selfi çəkənlərin də ən çox öldüyü ölkələrdən biri də buradır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər