“Bu gün İsrail və ABŞ hakimiyyəti belə davranırsa bunun səbəbi müsəlmanların…” – Ərdoğan

“Bu gün İsrail və ABŞ hakimiyyəti belə davranırsa bunun səbəbi müsəlmanların…” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüds və Yaxın Şərqdə baş verən proseslərlə bağlı danışıb.

Avropa.info xəbər verir ki, Ərdoğan qlobal güclərin məqsədinin islam dünyasını yenidən dizayn etmək olduğunu bildirib.

“Suriya məsələsini həll etdik dediyimiz an, qucağımızda Qüds məsələsini, Yəməndən yüksələn fəryadları tapdıq. Məqsəd müsəlmanların enerjilərini və ehtiyatlarını daxili münaqişələrdə tükətməkdir.

İslam dünyasının yenidən dizayn etmək istəyirlər. Müsəlmanların davasından yeganə qazanan tərəf silah tacirləridir. Bu gün İsrail və ABŞ hakimiyyəti belə davranırsa bunun səbəbi müsəlmanların bu vəziyyətidir. İslam dünyası bu qədər bölünmüş olmasa, heç bir güc müsəlmanların hərəmi-şərifinə  toxuna bilməz. Müsəlmanlar bir-biri ilə mübarizə apararkən aradan çıxa bilən terror təşkilatlarıdır.

İslam Əməkdaşlığı Təşkilatı İstanbul sammitində Qüdsün Fələstin dövlətinin işğal altındakı paytaxtı elan edilməsi tarixi qətiyyətdir. Şər kimi qarşımızda dayanan bu vəziyyətin xeyrə dəyişə biləcəyinə inanıram. Çərşənbə günü keçirilən sammitdə müsəlmanlar istədiyi vaxt nələr edə biləcəklərini dünyaya göstəriblər. İnşallah Rəbbimizin və ümmətin birliyi ilə bu prosesdən də uğurla keçəcəyimizə ümid edirəm”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər