Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin Qüds ilə əlaqədar bəyanatı

Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin Qüds ilə əlaqədar bəyanatı

Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə partiya son günlər dünya ictimaiyyəti və İslam dünyası üçün aktual və həssas məsələ olan Qüds şəhərinin statusu ilə bağlı məsələni müzakirə etmiş və sonda bəyanat qəbul etmişdir. Bəyanatda deyilir:

“II Dünya Savaşı bitdikdən sonra dünyanın siyasi xəritəsini müəyyən edən 3 dövlət başçısının birgə keçirdiyi Potsdam konfransı 1948 -ci ildə İsrail rejiminin formalaşması üçün zəmin hazırladı. Bəşəriyyət tarixində milyonlarla insanların məhvinə səbəb olan II Dünya savaşından sonra Orta Şərqdə yeni bir ədalətsiz, günahsız insanların sürəkli ölümünə səbəb olan yeni bir münaqişə ocağı yarandı. Fələstin- İsrail savaşı dünya tarixinin ən uzun müddətli münaqişəsi olaraq tarixə həkk olunmaqdadır. On minlərlə günahsız qadın, qoca, uşaq olan fəslətinlilərin işğalçı İsrail əsgərləri tərəfindən qətli qeyri- müəyyən müddətə qədər davam edir.

İsrailin və  bu rejimi himayə edən beynəlxalq güclərin anti- bəşəri, anti- hüquqi addımlarına baxmayaraq beynəlxalq ictimaiyyət cərəyan edən ədalətsizliyə gücsüzlüklərindən göz yumur, haqqı deməkdən çəkindiyi bir halda demokratiya, insan hüquqlarının keşikçisi kimi özünü hesab edən ABŞ 6 dekabr tarixində BMT TŞ nin münaqişənin həlli ilə bağlı zamanında qəbul etdiyi qərarların ziddinə olaraq 3 dinin şəhəri, müsəlmanların ilk qibləsi və 3 müqəddəs məsciddən biri olan Məscidi Əqsanın yerləşdiyi Qüds şəhərini İsrailin paytaxtı olaraq tanımaq qərarını elan etmişdir. Amerika Birləşmiş Ştatları  tarix, siyasət və əxlaq baxımdan düzgün olmayan bu qərarını elan etməklə bərabər Təl -Əvivdə olan səfirliyini yaxın illərdə Qüds şəhərinə daşıyacağını da bildirdi.

On minlərlə günahsız fələstinlinin qətlinə səbəb olan, terroru dövlət səviyyəsinə qaldran İsrail rejiminə dəstək olmaqla Amerika qarşıdakı illərdə dünyaya müharibələr, faciələr gətirəcəyinin ayaq səslərini dünya ictimaiyyətinə eşitdirdi.

Allaha şükür edirik ki, XXI əsrin ilk onilliyində müsəlman dövlətlər, xalqlar Amerikanın  bu tarixi yanlış qərarına göz yummadılar və 13 dekabr tarixində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasını çağırıb Qüds şəhərini Fələstinin paytaxtı olaraq tanımaq qərarını verdilər.

Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi mövcud durumu müzakirə etdikən sonra müqəddəs şəhər olan Qüds şəhəri barədə ABŞ-ın qanunsuz, ədalətsiz qərarına qəti etiraz edir, Dağlıq Qarabağ problemi olan Azərbaycan xalqını Amerikanın bu mənfur qərarına etiraz etməyə çağırır, müqəddəs Qüds şəhərinə sahib çıxmağı, Qüdsü on illərlə azadlıq mücadiləsi aparan fələstin xalqının, tarixi Fələstin dövlətinin paytaxtı olaraq tanıdığını bəyan edir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər