Dünyada qızıl kəskin ucuzlaşdı

Dünyada qızıl kəskin ucuzlaşdı

Dünyanın ən iri qızıl istehlakçılarından biri olan Hindistan bu ilin noyabr ayında qızıl idxalını illik müqayisədə 26% azaldaraq 3,267 mlrd. dollara endirib.

Bu barədə məlumat Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən yayılıb.

Məlumatda bildirilir ki, azalmaya baxmayaraq, 2017-ci ilin yanvar-noyabr aylarında Hindistanın qızıl idxalı illik müqayisədə 1,6 dəfə artıb və 32,88 mlrd. dollar təşkil edib. Qeyd edək ki, Hindistan dünyanın ən iri qızıl istehlakçısı kimi 2013-cü ildən bəri Çinlə rəqabət aparır.

Açıqlanan göstərici qızılın qiymətinə mənfi təsir edib. Dünən 1 264,5 dollar/unsiyaya qədər yüksələn qiymətlər daha sonra 1 257 dollara qədər geriləyib. Gələn ilin martında FED-in daha bir faiz artımına gedəcəyi ilə bağlı gözləntilər fonunda qızılın 2018-ci ilin ilk rübündə 1 200 dollar/unsiyaya qədər ucuzlaşması istisna edilmir.

Report
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər