PKK üçün dövlət qurulacaq – MKİ-nin (CİA) sabiq sədri açıqladı

PKK üçün dövlət qurulacaq – MKİ-nin (CİA) sabiq sədri açıqladı

Vaşinqtonda beyin mərkəzlərindən biri Ceymstaun Fondundan çıxış edən sabiq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəisi və sabiq Milli Təhlükəsizlik İdarəsinin (NSA) sədri Maykl Hayden çıxışında Yaxın Şərqdə PKK/PYD üçün dövlət qurulacağı proqnozunu verib.

Avropa.info xəbər verir ki, bu dövlətin Suriya və İraq ərazisində ola biləcəyini bildirib.

“Mənim fikrimə görə, İraq və Suriya kimi tanıdığımız ölkələr artıq mövcud deyil. Tamamilə məhv olmadılar, ancaq unitar varlıqları keçmişdə qaldı. Fərqli quruluşlar meydana çıxacaq. Bunlardan biri də muxtar Kürdüstan olacaq. Biz amerikalılar son müharibədəki xidmətlərinə görə, kürdlərə minnətdarıq. Bu üzdən muxtar Kürdüstanın qurulacağını Ankaradakı dostlarımızla oturub danışmağımız, başa salmağımız lazımdır. Türklərdən “Muxtar Kürdüstan Türkiyənin təhlükəsizliyi baxımından hansı şərtlər çərçivəsində qəbul edilə bilər?”, deyə soruşmalıyıq.

Əlbəttə, müzakirəsi çətin mövzudur, ancaq heç olmazda dürüst söhbət olacaq. Bu dialoq prosesinin məncə dərhal başlamalıyıq”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər