Azərbaycanın Birinci vitse-prezidenti Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb

Azərbaycanın Birinci vitse-prezidenti Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.

Mehriban Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib.

Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.

Xatırladaq ki, 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.

Report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər