“Çelsi” Karlo Ançelottini baş məşqçi postuna qaytarır

“Çelsi” Karlo Ançelottini baş məşqçi postuna qaytarır

Karlo Ançelotti yenidən İngiltərənin “Çelsi” futbol komandasına rəhbərlik edə bilər.

Artıq klubun sahibi Roman Abramoviç italiyalı mütəxəssislə danışıqlar aparıb.

Tərəflər Ançelottinin 2018-ci ilin fevralında komandaya qayıdışına dair razılığa gəliblər. Hazırkı baş məşqçi Antonio Konte isə mövsümün sonunda istefaya göndəriləcək.

Qeyd edək ki, Karlo Ançelotti sentyabrın 28-də Almaniyanın “Bavariya” komandasının baş məşqçi postundan istefaya göndərilib. O, “Çelsi”də 2009 – 2011-ci illərdə çalışıb. Ançelotti ilk mövsümündə “qızıl dubl” etsə də, növbəti mövsüm nəticə verə bilmədiyi üçün vəzifəsindən ayrılıb.

Report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər