İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib

İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib

İstanbulda “21 Azər” Hərəkatının və Cənubi Azərbaycanda  milli dövlətin qurulmasının 72-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

İclasda çıxış edən Orta Şərq üzrə tanınmış mütəxəssis Arif Kəskin, Cənubi Azərbaycan məsələsinə tarixi perspektivdən yanaşaraq, Cənubi Azərbaycan məfhumunun rüşeymlərinin Bakıda formalaşdığını və Şimali Azərbaycandakı dövlətçilik düşüncəsinin daima Cənubi Azərbaycandakı hərəkatlar üzərində təsir yaratdığını vurğulayıb. Arif Kəskin, Cənubi Azərbaycanda cərəyan edən proseslərdə “təhsil” və “mədəniyyət” məfhumlarının böyük önəmə malik olduğunu bildirib.

 

İclasda çıxış edən Güney Azərbaycan Demokrat Partiyasının lideri Mahmud Bilgin də Pişəvəri hökumətinin qurulmasında və idarə edilməsində Bakının verdiyi dəstəyin əhəmiyyətindən danışıb.

 

Toplantının sonunda natiqlər suallara cavab veriblər.

 

 

 

Apa

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər