Azərbaycanda artilleriya və tank topları mərmilərinin mexaniki emalı zavodları istifadəyə veriləcək

Azərbaycanda artilleriya və tank topları mərmilərinin mexaniki emalı zavodları istifadəyə veriləcək

Yaxın zamanlarda Azərbaycanda 2 zavodun – artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur.

Bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun “Azərbaycan” qəzetində çıxan məqaləsində qeyd olunub.

“Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr – piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir”, – deyə nazir qeyd edib.

Report
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər