Gürcüstan səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılsın – Milli Məclisdə etiraz

Gürcüstan səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılsın – Milli Məclisdə etiraz

Gürcüstan baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlaması Azərbaycan parlamentində etiraza səbəb olub.

APA-nın məlumatına görə, deputat Fərəc Quliyev Milli Məclisi bu məsələyə rəsmi etiraz bildirməyə çağırıb.

Qüdrət Həsənquliyev Azərbaycanla Gürcüstan arasında iri layihələri xatırladaraq deyib ki, Azərbaycan bu məsələyə heç nə olmamış kimi yanaşmamalıdır. O, Gürcüstanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənilməsini təklif edib.

Əflatun Amaşov qeyd edib ki, Gürcüstan əgər buna yol verirsə, öz ərazi bütövlüyünün pozulmasını da tanımış olur. Aytən Mustafayeva da Gürcüstan baş nazirinin bu fikrinə sərt etirazını ifadə edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə nəzərə çatdırıb ki, gürcü ekspertlər də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verib: “Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, Gürcüstan hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Tapşırarıq, dostluq qrupu məsələni araşdırar”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər