Xomeyni haqda ingilislərin çəkdiyi sənədli filimdə Əhmədinejad detalı – “Əsl təhdid ABŞ deyil…”

Xomeyni haqda ingilislərin çəkdiyi sənədli filimdə Əhmədinejad detalı – “Əsl təhdid ABŞ deyil…”

İrandaki 1979-cı il inqilabından bəhs edən “Dünyanı Dəyişdirən Adam” sənədli filmində Mahmud Əhmədinejadın o vaxt əslində ABŞ-ı deyil, Rusiyadakı Sovet rejimini təhdid olaraq gördüyü dilə gətirilir.

Avropa.info xəbər verir ki, İranda 1979-cu ildə reallaşdırılan inqilab zamanı ABŞ konsulluğundakı amerikalıları girov alan tələbələrdən birinin də son günlər İrandakı iğtişaşlarda adı tez-tez gündəmə gələn və ABŞ əleyhinə çıxışları ilə tanınan keçmiş prezident Mahmud Əhmedinejad olduğu bilinir.

 

2018-01-06_14h13_56

İrandakı aksiyalardan sonra siyasət sahəsinə geri dönəcəyi iddia edilən Mahmud Əhmedinejad sosial medianın əsas gündəminə çevrilib. Bu çərçivədə gündəmə gələn detallardan biri də inqilabı və inqilabın lideri sayılan Xomeynini izah edən “Dünyanı Dəyişdirən Adam” adlı sənədli filmdir.

Sənədli filmdə o dövrdə tələbə nümayəndələrindən biri olan Əhmedinejadın ABŞ-ı deyil, Rusiyadakı Sovet rejimini təhdid olaraq gördüyünü bildirilir.

 

2018-01-06_14h14_56

2009-ci ildə ekranlaşdırılmış və Delfina Jaudeau, Paul Mitçel, Dai Richards, Məhəmməd Shakibania və Hüseyn Şərif kimi ismlərin hazırladığı İngiltərə istehsalı olan sənədli filmin ikinci yarısında Mahmud Əhmedinejadla bağlı bu məlumatı verən şəxs isə 1979-cu ildə ABŞ səfirliyində amerikalıları girov götürən tələbələrin liderlərindən biri, İbrahim Əsgərzadədir. Əsgərzadə  o zaman Əhmedinejad ilə məsləhətləşmələr apardıqlarını söylərək bu ifadələri işlədir:

 

2018-01-06_14h13_34

“Amerikanın Şahı geri göndərməsini təmin etməliydik. Bu inqilab üçün həqiqi bir qələbə olardı. Amerika səfirliyini iki, ya da üç gün işğal etməyə və oradakı amerikanları girov götürməyi təklif etdim. Dostlarımdan biri, ikisi bu fikrə qarşı çıxdı. Əhmedinejad bu aksiyanın Sovet nüfuzunu artıracağını dedi. O deyirdi ki, inqilaba qarşı əsas təhdid Rusiya və marksistlərdir.” 

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər