Azərbaycan ordusuna yeni silahlar alınacaq – Prezident İlham Əliyev

Azərbaycan ordusuna yeni silahlar alınacaq – Prezident İlham Əliyev

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Report xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı Azərbaycanın mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bildirib.

Prezident İlham Əliyev bunu Dağlıq Qarabağda keçirilən “referendum”un beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması ilə bağlı verilən bəyanatlar da təsdiqləyir: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.

Azərbaycanın hərbi gücünün artdığını beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən prezident növbəti illərdə bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər