“Mustafa oğlu Kamal Sarıqamışda…” – Müdafiə Nazirliyi Ərdoğanın babası haqda məlumat yaydı

“Mustafa oğlu Kamal Sarıqamışda…” – Müdafiə Nazirliyi Ərdoğanın babası haqda məlumat yaydı

Türkiyə Müdafiə Nazirliyi prezident Ərdoğanın babasının əsgərlikdə ikən şəhid olması ilə bağlı bəyanat yayıb.

Avropa.info xəbər verir ki, Müdafiə Nazirliyi prezident Rəcəb Tayyib Ərdoğanın babası Mustafa oğlu Kamalın əsgərlikdə ikən şəhid olduğunu, arxivlərdə adı qarşısında “əsgərdə məchul” ifadəsinin qəti olaraq qeyd olunduğunu açıqlayıb.

Nazirliyin verdiyi bəyanatda son günlərdə prezident Ərdoğanın babasının I Dünya müharibəsində, Sarıqamış əməliyyatında şəhid olmasına dair Müdafiə Nazirliyi arxiv materiallarında adının olmamasına dair iddiaların qəsdən ortaya atıldığı qeyd olunub.

“Müdafiə Nazirliyi tərəfindən aparılan arxiv araşdırması nəticəsində Rizə Hərbi Komissarlığına məxsus 8355 nömrəli “İtkin düşənlərə” dair Silahaltı jurnalının 213-cü səhifəsində Rizə vilayəti Ulucami kəndindən Mutioğullarından ləqəbli Mustafa oğlu, 1982-ci ildə anadan olmuş Kamalın məchul 30.01.1337 (Möhür-Osman) formasından yazıldığı təsbit edilmişdir” – nazirliyin bəyanatında belə deyilir.

Osmanlı imperiyası dövründə (I Dünya müharibəsi daxil) əsgərlikdə vəfat edənlərin qeydləri Hərbiyə Nəzarəti tərəfindən 1909-cu ildə qəbul olunmuş Hərbi Təkaüt və İstefa Qanununa görə aparılıb. Qanuna görə düşmən tərəfindən (güllə, qılınc, bomba kimi) öldürülənlər sənədlərdə şəhid olaraq qeyd olunurdu. Donma, günvurma, boğulma yaxud epidemiya nəticəsində vəfat edənlər isə şəhid olaraq qeyd olunmurdu.

Mətbuatda müzakirə səbəb olan “Şəhidlərimiz” adlı əsərdə şəhidlərin adının Osmanlı dövründə qəbul olunan qanuna görə dərc olunduğu bildirilib. Nazirliyin açıqlamasında Ərdoğanın babası Mustafa oğlu Kamalın həmin tarixdə əsgərə getdiyi və əsgərlikdə olarkən şəhid olduğu, donvurmadan öldüyünə görə sənədlərdə adı qarşısında “əsgərdə məchul” ifadəsinin keçdiyi qəti olaraq bildirilib. Sənədlərdə keçən məlumat o dövrdə silahdaşının verdiyi məlumat çərçivəsində qeyd olunub.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər