“Borussiya”nın 9 futbolçusu zəhərlənib

“Borussiya”nın 9 futbolçusu zəhərlənib

Dortmund “Borussiya”sı xoşagəlməz halla üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisinin futbolçuları zəhərlənib.

 

Hadisə komandanın İspaniyadakı təlim-məşq toplanışının son günündə baş verib. Toyuq dönəri yeyən 9 futbolçu – Nuri Şahin, Ömər Toprak, Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Puluşiç, Yakob Brun Larsen və Dominik Reymann özlərini yaxşı hiss etməyiblər. Xəstəxanaya aparılan adıçəkilən oyunçuların zəhərləndiyi məlum olub. Onların müalicəsinə dərhal start verilib. Futbolçuların həftəsonu Bundesliqanın növbəti turu çərçivəsində “Volfsburq”la qarşılaşmaya qədər sağalmaları gözlənilir.

 

Qeyd edək ki, Bundesliqada mövsümün ilk dövrəsini 3-cü pillədə tamamlayan “Borussiya”nın aktivində 28 xal var.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər