“Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir” – Mədət Quliyevdən mükafat

“Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir” – Mədət Quliyevdən mükafat

“Milli Qəhrəman Mədət Quliyevdən mukafat almaq şərəfdir”.

Bu sözləri rəhbərlik etdiyi kollektivin ötənilki uğurlarından danışan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan  Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Lalayev Avropa.info-ya açıqlamasında bildirib.

Əliqismət Lalayev qeyd edib ki, əməyə görə mükafatlar həmişə qürurvericidir : “Mən çox mükafatlara layiq görülmüşəm. Hər bir mükafatın taleyimdə özəl yeri var. Bu mükafat yaradıcı əməyimə verilən qiymət kimi hər dəfə mənə dünyaları bəxş  edib. Ötən ilin sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin imzası ilə DTX-nın Mədəniyyət Mərkəzində bədii yaradıcılığın inkişafına verdiyimiz   töhvələrə və burada keçirilən tədbirlərin hazırlanmasında yaxından kömək göstərdiyimizə  görə   təqdim olunan “Fəxri fərman”  isə  mənə xüsusi sevinc gətirdi. Bu mükafatlar bizim kollektivin əməyinə verilən qiymət idi, həm də  bu mükafatı   Milli Qəhramanımız, yaradıcı insanlara həmişə böyük qayğı ilə yanaşan, teatrımızın tamaşalarına da böyük maraqla gələn  Mədət Quliyev özü  mənə təqdim etdi. Çox gözlənilməz oldu, amma çox da böyük sevinc doğurdu, qürur duydum. Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər