İrəvanda generalların “sxodka”sı – Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

İrəvanda generalların “sxodka”sı – Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

Ermənistanın hakim Respublika partiyası müdafiə naziri Vigen Sarkisyanın istefasını müzakirə etməyə başlayıb.

Avropa.info xəbər verir ki, dünən axşam İrəvan ətrafında yerləşən restoranların birində general “sxodka”sı olub. “Aykakan Jamanak” qəzetinin yazdığına görə, görüşdə sabiq müdafiə naziri Seyran Ohanyan, FHN naziri David Tonoyan, nazir müavini Nazaryan və başqa nüfuzlu şəxslər iştirak edib.

Mənbələr generalitetin öz müdafiə naziri namizədinin olduğunu bildirir. Söhbət David Tonoyanın Sarkisyanın yerinə təyin olunmasından gedir. FHN-ə keçməmişdən əvvəl o, sabiq müdafiə naziri Seyran Ohanyanın birinci müavini idi. Tonoyan Rusiyada hərbi-diplomatik akademiya bitirib, NATO federal komandanlığı qərargahında müxtəlif vəzifələr tutub, 2004-2007-ci illərdən Ermənistan Respublikasının NATO-da nümayəndəsi olub.

Ermənistan generaliteti 9 apreldə Serj Sarkisyanın prezident səlahiyyətlərinin bitdiyi gün David Tonoyanı müdafiə naziri görmək istəyənlərin gələcək hökumətdə nə qədər geniş dairəyə malik olduğunu göstərmək niyyətindədir. Yüksək rütbəli hərbçilər hesab edir ki, bu vəzifədə Ermənistana ciddi strateq lazımdır. Onlar lap başdan Vigen Sarkisyanın müdafiə naziri təyin olunmasına qarşı çıxıblar.

“Aykakan Jamanak” qəzetinin məlumatına görə, fövqəladə hallar naziri postunda isə FHN nazirinin müavini Ara Nazaryanı görmək istəyirlər. Nazaryan daha əvvəl müdafiə naziri müavini vəzifəsini tutub. Daha sonra David Tonoyanla demək olar eyni vaxtda FHN-ə təyin olunmuşdu.

Qəzet Serj Sarkisyanın da yaxın çevrədə Vigen Sarkisyandan narazılığını bildirdiyini yazır. Vigen Sarkisyan müdafiə naziri postunda özünü təsdiq edə bilmədiyindən hakimiyyət onun yerinə Artak Zakaryanın namizədliyinə baxır. Vigen Sarkisyanın özünə qaldıqda isə onu DİN-ə nazir kimi göndərmək, yaxud Təhlükəsizlik Şurasının katibi təyin etmək istəyirlər.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər