“Nə türk hərbçilərinin, nə Türkiyə hakimiyyətinin, nə də Türkiyə dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur” – Putin

“Nə türk hərbçilərinin, nə Türkiyə hakimiyyətinin, nə də Türkiyə dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur” – Putin

Rusiya prezidenti Vladimir Putin ölkə KİV-lərinin baş redaktorlarının suallarını cavablandırıb.

Avropa.info xəbər verir ki, görüşün əsas sualı PUA-ların Rusiyanın Suriyadakı hərbi bazalarına hücumu ilə bağlı olub.

“Bu zala girməməmişdən əvvəl qonşu kabinetdə Türkiyə prezidenti ilə telefonla danışırdım. Həmçinin bu məsələni müzakirə edirdik. Mən əminəm ki, nə türk hərbçiləri, nə Türkiyə hakimiyyətinin, nə də Türkiyə dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur. O, etiraf edtdi ki, PUA-ların buraxıldığı əraziyə onlar nəzarət etməli idilər. Düzünü demək lazımdır ki, biz heç də hər zaman nəzarət etməli olduğumuz yerə nəzarət etməyə nail ola bilmirik” – Putin belə deyib.

Ərdoğan Suriyada təxribatçıların olduğunu, lakin onların türklər olmadığını deyib:

“Orada təxribat törədənlər var, amma türklər deyil. Biz bilirik onlar kimdir və onlara bu təxribat üçün kim, nə qədər pul ödəyib. Bu insidentlərə qalanda, bunda yaxşı heç nə yoxdur. Bu təxribatlar Rusiya, Türkiyə, İran arasında əldə olunmuş razılaşmaların pozulmasına istiqamətlənib”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər