Londonda qalmaqallı məhkəmə : Qəddafi Sarkozinin seçki kampaniyasını maliyyələşdirirdi…

Londonda qalmaqallı məhkəmə : Qəddafi Sarkozinin seçki kampaniyasını maliyyələşdirirdi…

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2007-ci il seçkilərində Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi tərəfindən maliyyələşdirildiyi iddia edilir.

Avropa.info xəbər verir ki, Liviyanın öldürülən prezidenti Müəmmər Qəddafinin keçmiş Fransa prezidenti Nikola Sarkozinin seçki kampaniyasını finans etdiyi irəli sürülür.

İddialara görə, pulu Sarkoziyə çatdıran isə fransız iş adamı Aleksandr Djouhri olub. Hazırda Aleksandr Djouhri 2007-ci il prezident seçkilərində Sarkozini maliyyələşdirmə ittihamı ilə mühakimə olunur.

Djouhrinin Londonda gedən məhkəməsində iş adamının 1 milyon avro qarşılığında zaminə buraxılacağı və qızının LOndondakı evində qalacağı bildirilib

2007-2012 illəri arasında Fransanın dövlət başçısı olan Sarkozi isə iddiaları rədd edib və Qəddafinin 2011-ci ildə devrilməsində rol oynadığı üçün, keçmiş Liviya liderinin ailəsin in ondan intiqam almağa çalışdığını iddia edib.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər