Mərkəzi Afrika Respublikasında müsəlmanları qətlə yetirən xristian lider məhkəmə qarşısına çıxarıldı

Mərkəzi Afrika Respublikasında müsəlmanları qətlə yetirən xristian lider məhkəmə qarşısına çıxarıldı

Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərə xristian Anti-Balaka liderlərindən biri Rodriqe Nqaibona əksəriyyəti müsəlman olmaqla bir çox adamı öldürmək ittihamı ilə paytaxt Banquidə məhkəmə qarşısına çıxarılıb.

Avropa.info xəbər verir ki, Andilo ləqəbi ilə tanınan Nqaibonanın müsəlmanlara qarşı zorakılıq aktları ilə yanaşı qətl, təcavüz, qarət maddələri ilə də mühakimə olunduğu bildirilir.

Məhkəmə iclası xüsusi təyinatlı polis və jandarmın yüksək təhlükəsizlik tədbirləri altında keçirilir. Proses radio vasitəsilə bütün ölkəyə, səs gücləndiricilər vasitəsilə məhkəmə qarşısında toplaşan minlərlə adama yayımlanır. Məhkəmə binasının qarşısında Andilonu vətənpərvər kimi təqdim edən qrup da var. Andilo birinci prosesdə silahlı təşkilat lideri olmaq, 2014-cü ildə bir nəfər jandarm üzvü və dini səbəblərlə bir nəfəri öldürmək ittihamı ilə mühakimə olunub. Andilo isə özünə yönəldilən ittihamları rədd edib.

Mərkəzi Afrika Respublikasında xristian Anti-Balaka çoxluğu ilə müsəlman olan Seleka qrupları arasında tez-tez toqquşmalar baş verir. Ölkədə müsəlmanlara qarşı zorakılıq hadisələri prezident Mişel Djotodianın yanvar ayında vəzifəsini tərk etməsi və yerinə paytaxt Banquidə sabiq bələdiyyə sədri Katerina Samba-Panzanın gəlməsi ilə yenidən qızışıb.

Anti-Balaka silahlıları 2013-cü ilin martında hakimiyyəti ələ keçirən və ölkədə çoxluq təşkil edən xristianlara qarşı zorakılıq aktları həyata keçirən Seleka Koalisiyasına dəstək verməkdə ittiham edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, yanvar ayından bu tərəfə 173 min adam zorakılıq hadisələri üzündən evlərini tərk etməyə məcbur olub. 37 min nəfər isə qonşu ölkələrdə sığınacaq tapıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər