Erməni hərbçilər qəzaya düşüb – Yaralılar var (Foto)

Erməni hərbçilər qəzaya düşüb – Yaralılar var (Foto)

Ermənistan müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı yük avtomobili qəza törədib.

Ordu.az “Shamshyan.com” saytına istinadən xəbər verir ki, qəza bu gün saat 14:30 radələrində Ermənistanın Ararat vilayətində Yerasxavan-Zanqakatun avtomobil yolunda baş verib.

Belə ki, Yerasxavan inzibati ərazisində “Opel” markalı avtomobil ilə Ermənistan müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər Ararat rayon tibb mərkəzinə təxliyyə edilib.

İlkin məlumata görə, qəzaya səbəb “Opel” markalı avtomobilin sürücüsü olub. Zil-131 markalı yük avtomobili müdafiə nazirliyinin balansındadır. Qəza zamanı neçə erməni hərbi qulluqçunun xəsarət alması barədə məlumat verilməyib.




Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər