Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Yeri gəlmişkən, Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti, Bakının “İnter” klubunun (indiki “Keşlə” – S.T.) sabiq futbolçusu Aleksandr İaşvili də bu haqda danışıb: “Gürcüstan və Azərbaycan arasındakı yoldaşlıq matçı daha sonra baş tutacaq. Yaxın zamanda hər iki tərəf qarşılaşacaq. Bu mərhələdə millinin əsas hissəsi klublardadır və məşq prosesi fərqli ölkələrdədir. 24 yanvarda Lozannada Millətlər Liqasının püşkü atıldıqdan sonra rəsmi təqvim açıqlanacaq və bütün yoldaşlıq matçlarının tarixi aydın olacaq”.

Xatırladaq ki, millimiz yanvarın 30-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

virtualaz.org

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər