Gəncədə üç avtomobil toqquşub

Gəncədə üç avtomobil toqquşub

Gəncədə zəncirvari qəza baş verib.

 

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan “Volkswagen” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirən zaman “Opel”ə çırpılıb. Zərbənin təsirindən “Opel” “Mercedes”ə dəyib. Qəza zamanı xəsarət alan olmasada avtomobillərə ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər