ABŞ Konqresində Trampın istefası ilə bağlı yenidən məsələ qaldırılacaq

ABŞ Konqresində Trampın istefası ilə bağlı yenidən məsələ qaldırılacaq

ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü El Qrin prezident Donald Trampın istefaya göndərilməsi ilə bağlı məsələni səsverməyə çıxaracağına söz verib.

“Report” xəbər verir ki, bu dəfə konqresmen Trampı bəzi ölkələr barədə aşağılayıcı bəyanatlar səsləndirdiyi üçün impiçment etmək niyyətindədir.

“Konqresin rasist ritorikasını tənqid etməsi kifayət deyil. Gələn həftə mən yenidən prezident Trampın impiçmenti ilə əlaqədar qətnamə irəli sürəcəm “, – deyə E.Qrin “Twitter”də yazıb.

O, bu qətnamənin lehinə səs veriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında konqresmen analoji qətnaməni səsverməyə çıxarıb. Sənədin lehinə 58 deputat səs verib. Bu isə sənədin qəbul edilməsi üçün kifayət etməyib.

E.Qrinin qənaətinə görə, D. Trampın ritorıkası ölkədə ultrasağ qüvvələrin güclənməsinə yol açır və bu, Amerika cəmiyyətinə zərər vurur.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər