Azərbaycanlı jurnalisti Moldovaya buraxmadılar

Azərbaycanlı jurnalisti Moldovaya buraxmadılar

Rusiyanın Azərbaycan əsilli jurnalisti və teleaparıcısı İradə Zeynalovanı Moldova ərazisinə buraxmayıblar.

Avropa.info xəbər verir ki, bu barədə Moldova sərhəd polisi məlumat verib. İstanbul-Kişinyov reysi ilə gələn jurnalist xanımı ölkəyə buraxmayıblar. Jurnalistin buraxılmama səbəbi kimi onun respublikaya səfər məqsədinin göstərilməməsi əsas gətirilib.

“Yoxlama zamanı qadın rəsmi şəxslərlə görüşünün planlaşdırıldığını desə də, bunu sənədli şəkildə təsdiqləyə bilmədi” – “Sputnik Moldova”nın məlumatında deyilir.

Azərbaycanlı jurnalist ilk Kişinyov-Moskva reysi ilə Rusiyaya qayıdıb.

Qeyd edək ki, Moldova 10 yanvarda Rusiya xəbər proqramlarının ölkə ərazisində yayımını qadağan edən qanunu qəbul etmişdi.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər