Maraqla gözlənilən serial ekranlara gəlir – Ərdoğan ilk bölümü izlədi (Foto/Video)

Maraqla gözlənilən serial ekranlara gəlir – Ərdoğan ilk bölümü izlədi (Foto/Video)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kut’ül Amare” serialının təqdimat mərasiminə qatılıb.

Avropa.info xəbər verir ki, Beştpə Millət Konqres və Mədəniyyət Mərkəzində gerçəkləşdirən və prezident Ərdoğanın xanımı Əminə Ərdoğanla qatıldığı “Kut’ül Amare” serialının təqdimatında serialın ilk bölümü nümayiş olunub.

Mətbuata qapalı keçirilən təqdimat mərasimində Türkiyənin Baş naziri Binəli Yıldırım, baş nazirin müavinləri Bəkir Bozdağ, Fikri Işık, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, quru qoşunları komandanı Yaşar Gülər iştirak ediblər.

Qeyd edək ki, TRT1 ekranlarında yayımlanacaq serialın ilk bölümü bu gün başlayacaq.

Serial Osmanlı Ordusunun İraq coğrafiyasında ingilislərə qarşı mücadiləsindən bəhs edir.

Serialda baş rolları Türkyənin tanınmış aktyorları Kaan Taşaner, Serdar Gökhan, İsmail Ege Şaşmaz, Gamze Özçelik, İlker Aksum oynayırlar.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər