PYD Afrin əməliyyatının qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə yalvardı

PYD Afrin əməliyyatının qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə yalvardı

PKK terror təşkilatının Suriya qolu PYD Türkiyə ordusunun Afrini atəşə tutmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Avropa.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Biz beynəlxalq ictimaiyyəti Afrində yaşayan milyondan çox adamın həyatı üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq” – PYD-nin bəyanatında belə deyilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl terror təşkilatına qarşı Afrin əməliyyatının hər an başlaya biləcəyini bəyan etmişdi. Türkiyə ordusu artıq onlarla hərbi texnikanı Suriya sərhədinə yeridib. Türk ordusu terror təşkilatının mövqelərini artilleriya atəşi ilə vurub.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər