Nazirlik BDU ilə memorandum imzaladı – Foto

Nazirlik BDU ilə memorandum imzaladı – Foto

Bakı Dövlət Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

Avropa.info xəbər verir iki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov ölkəmizin sosial sahədəki qanunvericilik bazasının təkmilləşdirməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, universitetdə magistratura və bakalavr pilləsində sosial işçi hazırlığına başlanılıb, mütəxəssis hazırlığını təkmilləşdirmək, sosial işi  elm və tədris sahəsi kimi inkişaf etdirmək məqsədilə Sosial iş kafedrası və Sosioloji tədqiqatlar laboratoriyası yaradılıb. Rektor Abel Məhərrəmov  onu da vurğulayıb ki, BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də  məhz qeyd edilən məqsədlərə xidmət edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda imzalanma tədbiri keçirilən Memorandum Sosial iş ixtisası üzrə tədris prosesinin praktik sosial iş sahəsi, sosial xidmət müəssisələri ilə əlaqəli şəkildə səmərəliliyinin yüksəldilməsində yeni imkanlar açır.

Sonra Anlaşma Memorandumu imzalanıb. Sənəddə sosial iş və sosial siyasət sahəsi üzrə tələbə və magistrantları məlumatlandırmaq məqsədilə nazirliyin müvafiq əməkdaşlarının universitetin Sosial iş ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslərinin, habelə  həmin ixtisas üzrə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi nəzərdə tutulur.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər