Erməni hərbçilər qəzaya düşdü: Ölənlər var

Erməni hərbçilər qəzaya düşdü: Ölənlər var

Ermənistanda hərbçilərin aparan maşının iştirakı ilə ağır yol qəzası baş verib. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Sisian-Şəki yolunda baş verib.

Belə ki, hərbçiləri daşıyan “Ural” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub.

Məlumata əsasən qəza nəticəsində “VAZ 2107” markalı avtomobildə olan iki şəxs Arşak Ovannisyan və Martik Ovannisyan həlak olub, Elmira Sarqsyan isə Sisyan xəstəxanasına aparılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Ural” markalı avtomobildə hərbçilər daşınırmış. Hadisə nəticəsində erməni hərbçilər xəsarət almayıb, onlar hazırda hərbi hissəyə başqa avtomobillə aparılıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər