“Azəriqaz”ın “qaz təchizatının yaxşılaşdırılması” istehlakçılara baha başa gəldi – Kütləvi şəkildə koda düşən sayğaclar, təkrar-təkrar karta pul yükləmələr və E-manat şübhəsi…

“Azəriqaz”ın “qaz təchizatının yaxşılaşdırılması” istehlakçılara baha başa gəldi – Kütləvi şəkildə koda düşən sayğaclar, təkrar-təkrar karta pul yükləmələr və E-manat şübhəsi…

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının eləcə də qeyri-qanuni qoşulmaların ləğvi ilə əlaqədar, yanvar ayının 17-də saat 1000-dan işlər yekunlaşanadək Xətai, Yasamal və Nəsimi rayonlarının bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Avropa.info xəbər verir ki, bu məlumatı “Azəriqaz” ASC yaymışdı.

Məlumatda o da bildirilirdi ki, aparılan işlərin Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

“Azəriqaz” abonetlərdən görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş etmişdi.

“İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə” aparılan bu işlərdən zərər çəkən çoxlu sayda vətəndaş bu Avropa.info-ya müraciət edib.

Bu təmir işlərinin yayda deyil, qışda aparılmasını anlamaqda çətinlik çəkən vətəndaşlar bildiriblər ki, təbii qazın verilişində fasilələr yarandıqdan sonra yuxarıda adı çəkilən rayonlarda yaşayan abonentlərin sayğacları kütləvi olaraq “Alarm” koduna düşüb.

Şikayət edən vətəndaşlar bildirirlər ki, əvvəllər qaz sayğacları koda düşərkən karta pul yükləyirdilər, sayğacları koddan çıxara bilirdilər.

“Karta pul yüklədik, sayğaca daxil etdik, kod açılmadı. “Azəriqaz”ın qaynar xəttinə davamlı zəngimizə cavab verən tapılmadı. Telefonları ya məşğul olurdu, ya da cavab verən tapılmırdı. Nəhayət, “Azəriqaz”a düşə bildik. Bizə bildirdilər ki, karta təkrar vəsait yükləmək lazımdır”.

Vətəndaşlar qeyd edir ki, anlaşılmayan “Azəriqaz”dan kartı yalnız E-manat terminallarından yükləməyin vacibliy bildirilməsi olub: “Əgər smartkartları bütün terminallardan yükləmək mümkündürsə, niyə təkcə E-manat terminallarını təklif edirlər?”

Şikayət edənlər bildirirlər ki, qışın soyuğunda bu problem üzündən evləri elektrik qızdırıcıları, mikrodalğalı sobalarla qızdırmağa məcbur olublar. Bu da enerjiyə əlavə israfa səbəb olub.

Qeyd edək ki, “Azəriqaz” ASC smartkartlara pul yükləmək, sayğacları koddan çıxarmaq üçün yaydıqları təlimatda terminallar ümumi olaraq qeyd edilir, təkcə E-manat terminalları tövsiyə olunmur.

“Azəriqaz” ASC bir də suala cavab verməlidir ki, təbii qazın verilişində fasilələr yarandıqda nədən sayğaclar kütləvi şəkildə koda düşməlidir?

Avropa.info “Azəriqaz” ASC-nin bununla bağlı cavabını dərc etməyə hazır olduğunu bildirir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər