“Rusiya Afrin əməliyyatına qarşıdırmı?” – Çavuşoğlu cavablandırdı

“Rusiya Afrin əməliyyatına qarşıdırmı?” – Çavuşoğlu cavablandırdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk kanalında qonaq olduğu proqramda Afrin ilə bağlı suallara cavab verib.

Avropa.info xəbər verir ki, jurnalistin “Rusiya Afrin əməliyyatına qarşıdırmı? Ehtimal olunan əməliyyatda Türkiyə hava məkanını istifadə edə biləcəkmi?” sualına Çavuşoğlu belə cavab verib:

“Rusiyanın Afrin əməliyyatına qarşı olmaması lazımdır. Koordinasiya etməli olduğumuz məsələ onların orada olan müşahidəçilərinin vəziyyətidir. Hər hansı qəzanın baş verməməsi lazımdır. Biz hər zaman Suriyanın ərazi bütövlüyünə müdafiə etmişik və hörmət edirik. Hava məkanından istifadə olunması məsələsində də ruslarla və İranla görüşürük. Afrində hava əməliyyatı keçirmək üçün bu işi koordinasiyalı şəkildə görməyimiz lazımdır. Hava müdaxiləsi üçün koordinasiyanın yaxşı aparılması lazımdır ki, üz-üzə gəldikdə qəza baş verməsin”.

Türk nazir hərbi əməliyyatın keçirilməsi vaxtının ondan asılı olmadığını bildirib.

“Vaxt məsələsində söz deyəcək şəxs mən deyiləm. Müdafiə, DİN nazirlərimiz var. Baş Qərargah rəisimiz var. Əsgərimiz “hər an hazırıq” deyir. Təbii ki, bunun strategiyası və koordinasiyası var”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər