Krakovda kritik Qarabağ danışıqları başladı – Foto

Krakovda kritik Qarabağ danışıqları başladı – Foto
Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.
Avropa.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  öz “Twitter” səhifəsində məlumat yayıb.
Görüşdə rusiyalı həmsədr İqor Popov, fransalı diplomat Stefan Viskonti və ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Endryu Şofer iştirak edir.
E.Məmmədyarovla həmsədrlərin danışıqlarına həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilir.
Xatırladaq ki, yanvarın 17-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər