Türkiyədən Afrin açıqlaması: Tədbir görmüşük

Türkiyədən Afrin açıqlaması: Tədbir görmüşük

Türkiyə milli təhlükəsizliyinə təhdid təşkil edəcək istənilən qüvvəyə qarşı bütün tədbirləri görüb.

Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın deyib.

“Bundan sonra da tədbirlər görüləcək. Bu Afrin də, Cerablus da, Menbiç də, başqa yerlər də, İraq da ola bilər. Bu təhdid istər PKK-dan, istər YPG-dən gəlsin, istər İŞİD-dən, istərsə də başqa qruplaşmalardan gəlsin. Türkiyə bu günə qədər olduğu kimi, heç kimdən icazə almadan, yerini, vaxtını və formasını özü təyin etməklə bu cür tədbirləri görməyə davam edəcək”, – Qalın bildirib.

Qeyd edək ki, Türkiyə tərəfi Afrin istiqamətində əməliyyat keçirməklə terror kolidorunu yarmaq niyyətini açıqlayıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər