“Qonşunun dükanından çek tələb etmək ayıb sayılmamalıdır” – Mikayıl Cabbarov

“Qonşunun dükanından çek tələb etmək ayıb sayılmamalıdır” – Mikayıl Cabbarov

“Vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır”.

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

“Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız”, – deyə o, qeyd edib.

Nazir həmçinin bildirib ki, əsaslandırılmamış sanksiyaları yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər