Milli Məclis hakimlərlə bağlı təyinatlara səs verdi – Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri oldu

Milli Məclis hakimlərlə bağlı təyinatlara səs verdi – Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri oldu

Milli Məclisin növbəti plünar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Konstitusiya Məhkəməsi haqqında qanuna əlavə və dəyişikliklə əlaqədar Hüquq sisyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Sözügedən layihədə Avropa Məhkəməsinə seçilmiş hakimin Konstitusiya Məhkəməsinə seçilmiş hakimin statusuna bərabər tutulmasını özündə ehtiva edən dəyişiklikdən söhbət gedir. Deputatlar yekdilliklə dəyişikliyə səs verdilər.

2005-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri vəzifəsində çalışan Ramiz Rzayevin yenidən Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında qanun layihəsi də Ə.Hüseynlinin təqdimatından sonra qəbul olundu. R.Rzayev çıxış edərək, prezidentə, parlamentə, Məhkəmə-Hüquq Şurasına təşəkkür etdi, etimadı doğruldacağını bildirdi.

Naxçıvan Muxtar Respubliaksının Hərbi Məhkəməsinin sədri Qasım Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə təklif də qəbul olundu.

musavat.com

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər