“Haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqında ölçülər götürülücək” – Vergilər naziri

“Haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqında ölçülər götürülücək” – Vergilər naziri

“Əsas hədəflərimiz vergi ödəyiciləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi, təmassız münasibətlərin genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin informasiya texnologiyaları üzərindən həyata keçirilməsidir”. 

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır: “Biz başa düşürük ki, son illər büdcə daxilolmalarının təmin edilməsi məqsədilə vergi ödəyiciləri üzərinə fiskal təzyiqlərin artması, bir sıra hallarda vergi orqanları tərəfindən aqressiv vergi yığımı ilə bağlı atılmış addımlar sahibkarlığın mövcud durumuna adekvat olmayıb. Vergi ödəyicilərinin fiskal yükü tarazlı şəkildə müəyyən edilməli və vergi öhdəlikləri birtərəfli hesablamalara əsaslanmamalıdır. Sahibkar, xüsusilə də kiçik və orta biznes inkişaf prosesinə həssas kateqoriyadır və fiskal öhdəliklər real inkişaf göstəricilərinə, əldə olunan gəlirə uyğun tətbiq edilməlidir”.

Nazir əlavə edib ki, haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqından ölçülər götürülücək: “Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir. Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq”.

Report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər