Buffon İtaliya millisinə qayıda bilər

Buffon İtaliya millisinə qayıda bilər

“Yuventus” klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda fikrini dəyişərək, futbol üzrə İtaliya milli komandasına qayıda bilər.

Yığma karyerasını bitirdiyini elan etmiş Buffonu bu qərarından dönməyə yığmada baş məşqçi səlahiyyətlərini icra edən Luici Di Byaco təsir göstərib. Di Byaco 40 yaşlı qapıçını martın 23-də Argentina, martın 27-də isə İngiltərə ilə yoldaşlıq görüşlərinə çağırmaq istəyindədir. O, təcrübəli qolkiperə yığmada kapitanlıq sarğısı da vermək niyyətindədir. Buffonun 2020-ci il Avropa çempionatınadək millidə çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Canluici Buffon 2017-ci ilin sonlarında Avropa çempionatının “pley-off” mərhələsində İsveçə iki oyunun nəticəsində (0:1, 0:0) uduzduqdan sonra İtaliya millisi ilə vidalaşıb.

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər