Rusiyanın ATƏT-in Minsk qrupundan fərqli planı: Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın siyasəti nəyə hesablanıb? – Bizim şərh

Rusiyanın ATƏT-in Minsk qrupundan fərqli planı: Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın siyasəti nəyə hesablanıb? – Bizim şərh

ABŞ-ın Minsk qrupunun həmsədri vəzifəsini davam etdirməsi Birləşmiş Ştatların bu münaqişənin həllinə sadiqliyinin bariz nümunəsidir. Avropa.info xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, bu yaxınlarda Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferin Azərbaycana səfər etdiyini xatırladıb: “Bilirsiniz ki, Vaşinqtonda müəyyən vəzifələrin ixtisarı ilə bağlı söhbətlər gedirdi. Məhz Minsk qrupunun həmsədri vəzifəsinin saxlanması Birləşmiş Ştatların bu münaqişənin dinc yolla həll edilməsinə sadiqliyinin bariz nümunəsidir”.

Səfir bildirib ki, ABŞ-ın 1991-ci ildən azərbaycanlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ayırdığı 125 milyon dollarlıq yardım bu istiqamətdə görülən işlərin bir hissəsidir: “Bununla yanaşı, Azərbaycanın daha güclü, çiçəklənən və inkişaf edən ölkə olması üçün ikitərəfli əlaqələrimizi davam etdiririk. Keçən həftə Amerikanın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına qatıldı. ABŞ “Əsrin müqaviləsi” adlanan layihəyə – Bakı – Tiflis- Ceyhan boru kəmərinə dəstək olub. Bütün bu sadaladığım və sadalamadığım məsələlər Azərbaycanın iqtisadi cəhətdən inkişaf edib, güclənməsinə xidmət göstərir. Biz Minsk qrupu çərçivəsində və ikitərəfli formatda da münaqişə tərəflərini bir araya gətirərək problemin dinc yolla həll olunmasına səylər göstərmişik və bu səylərimizi davam etdiririk”.

Görünən budur ki, Rusiyanın ATƏT-in Minsk qrupundan fərqli bir planını mövcuddur. Həmin plan ATƏT-in Minsk qrupundan fərqlidir, daha çox Rusiya maraqlarının nəzərə alınması ilə fərqlənir. Lakin Azərbaycan araşdırmaçılarını Amerika diplomatiyasının qeyri-çevikliyidir. Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini təşkil edir, ABŞ isə yalnız ATƏT çərçivəsində addımlar atır. Digər tərəfdən, həm Moskvada, həm Vaşinqtonda təxminən belə fikirlər söylənilir ki, “biz ancaq vasitəçiyik, əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür və onlar razılaşmalıdır”. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir, xüsusilə təhlükəsizlik məsələlərində çox ciddi asılılıq var, deməli, Kreml İrəvanı geri çəkmək imkanına da malikdir. Rusiyanın Azərbaycana da kifayət qədər iqtisadi, siyasi təsir imkanları var. Əsas problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur. Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik göstərir.

Əslində, Vaşinqton Dağlıq Qarabağ münaqişəsini beynəlxalq münasibətlər sistemində dəyərləndirir. Hazırda qlobal münasibətlər sistemində Vaşinqtonla Moskvanın münasibətlərinin həddən artıq gərgin olması müxtəlif regionlarda kəskin qarşıdurmasının əlamətləridir. Bu qarşıdurmalarda tərəflər köməkçi qüvvələrdən, öz təsirləri altındakılardan istifadə edirlər. Onu da unutmaq olmaz ki, hazırda Rusiya Suriyada çox çirkin oyun aparır, Ankara bu bölgədə Moskvanın tərəfdaşı kimi çıxış etsə də, Bəşər Əsədə Afrinə daxil olmağa razılıq verib. Onsuz da Suriya hökuməti Rusiyanın razılığı olmadan bu istiqamətdə addım ata bilməz.

Bu, Suriya-Türkiyə hərbi qarşıdurmalarına aparan xəttdir. İndi də Vaşinqtonda Dağlıq Qarabağla bağlı bütün variantlar nəzərdən keçirilir. ABŞ Kəşfiyyat İdarəsi həmin məruzəsi ilə onu demək istəyir ki, Cənubi Qafqazdakı hərbi-siyasi imkanları kifayət qədər məhduddur. Ümumiyyətlə, Rusiya ilə müqayisədə Amerikanın hərbi-siyasi təmsilçiliyi yoxdur. Ermənistanda hərbi bazası, Gürcüstanın işğal olunmuş ərazilərində rus ordusu, Azərbaycanın şimal sərhədlərində rus qoşunları, cənubda İrandır. Cənubi Qafqaz Rusiyanın təsir dairəsinə buraxılıb. Bütün bunlar Vaşinqonun qeyri-ardıcıl siyasətinin göstəricisidir…

Avropa.info-nun ekspert qrupu

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər