“Hizbullah” və Əsəd tərəfdarı qrupların Afrinin mərkəzinə girməsi ilə bağlı Türkiyədən ilk açıqlama : “Onları da PKK kimi vuracayıq”

“Hizbullah” və Əsəd tərəfdarı qrupların Afrinin mərkəzinə girməsi ilə bağlı Türkiyədən ilk açıqlama : “Onları da PKK kimi vuracayıq”

Bu gün Afrinin mərkəzinə girən “Hizbullah” terror təşkilatı və Əsəd tərəfdarı olan şiə milis qüvvələri ilə bağlı Türkiyədən ilk açıqlama edilib.

Avropa.info xəbər verir ki, Türkiyə Müdafiə naziri Nürəddin Canikli PKK/PYD-yə dəstək verən istənilən gücü vuracaqlarını bəyan edib.

“Hazırda Suriya rejimi tərəfindən Afrinə göndərildiyi iddia edilən silahlı birliyin Afrində apardığımız terrorla mübarizənin nəticəsini dəyişmək gücü yoxdur və olmayacaq da. Terrorun yanında kim olursa olsun, o da bizim hədəfimiz olacaq.

Kimsə terrorçularla birlikdə Afrində olarsa, bu bizim terrorizmlə mübarizəmizi dayandıra bilməz, zəiflədə bilməz, mane ola bilməz,  sadəcə terrorçuya dəstək vermək üçün gələn qruplar da bizim hədəfimiz olar. Terrorçuya dəstək verən terrorçudur”- Nürəddin Canikli

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər