Son dəqiqə : Terror təşkilatı PKK/PYD nəzarətindəki əraziləri Əsəd rejimi və İran dəstəkli qruplara təhvil verir

Son dəqiqə : Terror təşkilatı PKK/PYD nəzarətindəki əraziləri Əsəd rejimi və İran dəstəkli qruplara təhvil verir

Bir qrup İran dəstəkli şiə milis gücünün Afrinin mərkəzinə girdiyi iddialarının ardından terror təşkilatı PKK/PYD-nin nəzarətindəki bəzi bölgələri Əsəd rejiminə təhvil verdiyi bildirilir.

Avropa.info xəbər verir ki, İraq Kürdüstanı Regional hökumətinə yaxın “Rudav” telekanalı PKK/YPG-nin Hələbdə bəzi məhəllələri Əsəd rejiminə təslim etdiyi haqda məlumat yayıb.

Məlumata görə, Əsəd dəstəkli qruplar Hələbdə PKK/PYD-nin nəzarətində olan məhəllələrə girməyə başlayıblar.

İraq Kürdüstanı Regional hökumətinə yaxın “Kürdüstan 24” saytı isə PKK/YPG ilə Əsəd arasında bir bazarlıq edildiyini, Afrinə dəstək əvəzində Hələbdə Şeyx Maqsud məhəlləsi başda olmaqla bəzi ərazilərin rejim güclərinə verildiyini yazıb. Sayt PKK/YPG-nin boşaltdığı ərazilərə Suriya ordusunun deyil, İran dəstəkli şiə qrupların girməsinə xüsusi diqqət çəkib.

Suriya hökumətinə yaxınlığı ilə tanınan “əl-Masdar News”  YPG-nin 48 saat içərisində Şeyx Maqsud daxil olmaqla Hələbdə nəzarət etdiyi sahələri Əsəd rejiminə təhvil verəcəyini bildirib.

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası Əsəd rejimi qüvvələrinin Hələbdə YPG nəzarətindəki 3 məhəlləyə girdiyini qeyd edib.

Bu arada Rusiyanın Sputnik agentliyi PKK/PYD-nin nəzarətində olan Tel- Rıfat qəsəbəsinin Əsəd rejiminə təhvil verilməsi ilə bağlı razılaşma əldə edildiyini bildirib. İddiaya görə, Əsəd ordusu yaxın saatlarda Tel-Rıfata girəcək.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər