Türkiyəni saxta “erməni soyqırımı”nda suçlayan Hollandiyanın soyqırım tarixi : Qırmızıdərili qətliamı, Batavia soyqırımı, İndoneziya qətliamı və kəsilmiş başlarla futbol oyunayan hollandiyalılar (Foto)

Türkiyəni saxta “erməni soyqırımı”nda suçlayan Hollandiyanın soyqırım tarixi : Qırmızıdərili qətliamı, Batavia soyqırımı, İndoneziya qətliamı və kəsilmiş başlarla futbol oyunayan hollandiyalılar (Foto)

Türkiyəni 1915-ci il hadisələri zamanı ermənilərə qarşı “soyqırım” törətməkdə günahlandıran və bu yalanı rəsmən tanıyan Hollandiyanın tarixi soyqırımlarla doludur.

Avropa.info xəbər verir ki, Hollandiya Şərqi Hind adalarından Şimali Amerikaya, Srebrenitsadan İndoneziya və Afrikaya uzanan bir çox bölgədə vəhşiliklə soyqırımlar həyata keçirib. Bəşəriyyətə bu soyqırımlar barədə hələ də hesabat verməyən Hollandiyaya Türkiyəyə qarşı saxta “soyqırım” iddiaları ilə çıxış edir.

Hollandiyada hazırda mövcud olan irqçi hökumətin parlamentdə saxta “soyqırım” iddialarını tanıması vəhşilik və müstəmləkə üzərində inşa edilən bu ölkənin keçmişini gündəmə gətirir.

Müstəqillik istəyən indoneziyalılara qarşı etnik soyqırım törədən Hollandiyanın, Srebrenitsa qətliamında da böyük rolu var. Şimali Amerikada sistemli bir soyqırım həyata keçirən Hollandiya, hindu qəbilələrini süngüdən keçirib. Şərqi Hind adalarında müstəmləkə fəaliyyəti aparan Hollandiyanın koloniya əsgərləri, didərgin düşən ancaq şəhərlərini tərk etməyən 10 min nəfəri qətlə yetirib.

Nasist Almaniyasının törətdiyi Holokost qətliamında da alman zabitlərinin ən böyük tərəfdaşı Niderland polisi olub. Dünya tarixinə keçən insanlıq cinayətlərində əsas simalardan olan Hollandiya Qərbi və Şərqi Hindistanda müstəmləkə dövrlərində yüz minlərlə insanı kölə vəziyyətinə salıb.

Yaxın keçmişdə isə Bosniya müharibəsində serblərin törətdiyi soyqırımda Hollandiyanın da böyük payı var. 1993-cü ildə serb qatillər, BMT tərəfindən təhlükəsiz bölgə elan edilən və Hollandiya Sülhməramlı əsgərlərinin yerləşdiyi Srebrenitsada 5 gündə 8 min müsəlmanı qətlə yetirdi. Canlarını, mallarını və vicdanlarını Hollandiyaya əmanət edən bosniyalılar soyqırımla üzləşdi.

Kədikləri başlarla futbol oynayan hollandiyalılar

Qırmızıdərili Qətliamı: Müstəmləkə fəaliyyətləri ilə indiki zənginliyinə qovuşan Hollandiya, 1615-ci ildə Şimali Amerikaya göz dikdi. Xəz ticarəti ilə məşğul olan hollandiyalılar 1640-cı ildən etibarən sistemli qırğınlara başladılar. Onlar 1664-cü ildə Vappinger, Tankiteke və Sivanoy adlı Hindu qəbilələrini məhv etdilər. Festivallarla qeyd edilən qətliamlarda hollandiyalılar öldürülən hinduların kəsilən başları ilə futbol da oynayırdılar.

Batavia Soyqırımı: 1740-cı ildə  isə Hollandiya koloniya əsgərləri Cakartada 13 gündə düz 10 min nəfəri qətlə yetirdilər. Hollandiyanın Şərq Hind adalarını ələ keçirmə prosesində bölgədə olan çinlilər didərgin düşdülər. Şəhərləri tərk etməyən 10 min çinli 9-22 oktyabr tarixləri arasında qətlə yetirildi.

İndoneziya Qətliamı: 9 dekabr 1947-cü ildə Hollandiyanın müstəmləkə qoşunları, bu gün Yava adasında yerləşən Ravagede kəndində silahsız 430 nəfəri öldürdülər. İndoneziyalılar yalnız müstəqillik istəyirlər və bu səbəblə də Niderland kralının göstərişi ilə bir kəndin gənç-yaşlı bütün kişiləri kənd meydanında toplanaraq qətlə yetirildi.

Dəhşətli soyqırımları ilə tarixə keçən Hollandiya, Karib Hövzəsində, Afrika və Şimali Amerikada kölə ticarəti edib. 1602- 1791-ci illər arasında davam edən kölə ticarətində 860 min insan kölələşdirilərək satılıb.

AVROPA.info

Hollanda'nın tarihi katliam ve sömürgelerle dolu

Hollanda'nın tarihi katliam ve sömürgelerle dolu

Hollanda'nın tarihi katliam ve sömürgelerle doluHollanda'nın tarihi katliam ve sömürgelerle doluHollanda'nın tarihi katliam ve sömürgelerle dolu

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər