Terror təşkilatı PKK/YPG-nin tərkibində Türkiyəyə qarşı döyüşən əcnəbi terrorçular : Keçmiş ABŞ və İsrail əsgərləri, almanlar, ingilislər , çinlilər…

Terror təşkilatı PKK/YPG-nin tərkibində Türkiyəyə qarşı döyüşən əcnəbi terrorçular : Keçmiş ABŞ və İsrail əsgərləri, almanlar, ingilislər , çinlilər…

Türkiyənin Afrində mücadilə etdiyi PKK/YPG terror təşkilatının tərkibində çoxlu sayda xarici ölkə vətəndaşı olan terrorçular mövcuddur.

Avropa.info xəbər verir ki, xüsusilə amerikalı, ingilis, kanadalı, alman, holland və Yaxın Şərq ölkələrindən xeyli sayda terrorçu PKK/PYD/YPG-yə qoşulub.

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxananın 11 iyun 2015-ci il tarixli hesabatında, Avropa, Avstraliya və Amerika qitələrindən 400 terrorçunun PKK/YPG səflərinə qoşulduğu bildirilir.

Hesabatda, Marksist Leninist Kommunist Partiyanın (MLKP) 2015-ci ilinmayında Rasulayn şəhərində ilk batalyonunu qurduğu və çox sayda xarici vətəndaşı cərgələrində topladığı vurğulanıb.

Başqa tərəfdən, PKK/YPG bazasında “Rojava Aslanları” adı ilə təqdim edilən və yalnız əcnəbilərdən ibarət terrorçu birlik var. Aralarında ABŞ, Almaniya , Avstraliya və Böyük Britaniya vətəndaşlarının olduğu terrorçu qrupun “könüllülərdən” ibarət olduğu deyilsə də, aralarında muzdlular da var. 

Əksəriyyəti ABŞ vətəndaşı olan əcnəbi terrorçularla bağlı xəbərlər dünya mediasında tez-tez rast gəlinməkdədir. Keçmiş İsrail əsgərinin PKK/YPG-yə qoşulması və mərkəzi Ukrayna olan bir yəhudi təşkilatı üzvünün PKK/YPG-nin nəzarəti altında olan bölgələrdə divarlara ibranicə yazılar yazması haqda xəbərlər də gündəmə gətirilib.  

Toqquşmalarda öldürülən əcnəbi əsilli terrorçular arasında “Dilsoz Bahar” kod adlı Almaniya vətəndaşı Kevin Jochimin olduğu da beynəlxalq ictimaiyyətə təqdim edildi. Alman təhlükəsizlik orqanlarının yaydığı məlumata görə, Jochimin Almaniyada radikal sol təşkilatının üzvü olub.

Yenə Almaniyadan Marksist-Leninçi təşkilatın üzvü İvana Hoffmann PKK/YPG-nin qadın qolu olan YPJ cərgələrində yer alıb.

Terrorçuların tərəfində münaqişəyə girib öldürülənlər arasında Ashley Conson və Reece Harding (Avstraliya), Keyt Broomfield (ABŞ) və yunan əsilli Konstandinos Scurfield (İngiltərə) də var.

Aparılan bir araşdırmaya görə, YPG-də döyüşən ABŞ vətəndaşlarının böyük bir qismi, keçmiş ABŞ ordu mənsublarıdır.

Afrində  PKK/YPG səflərində iştirak edən əcnəbilərlə bağlı ABŞ-ın CNN televiziyası və “New York Times” qəzetində dərc olunan xəbərlərdə Fransa, Britaniya, Amerika və Çin başda olmaqla dünyanın bir çox yerindən gəlib Suriyada YPG səflərində vuruşan terrorçuların olması etiraf edilib.

Əcnəbi terrorçuların “milis” adlandırıldığı eyni xəbərlərdə bu insanların internet üzərindən bir YPG nümayəndəsi ilə ünsiyyətə keçdiyi, şifrəli yazışmalar vasitəsilə ünsiyyətin davam etdirdiyi, Suriyadakı bölgəyə keçidin planlaşdırdığı və bu keçidin əsasən İraqın şimalından həyata keçrildiyi bildirilib.

PKK/YPG-nin “xarici əlaqələrindən məsul bir koordinatoru” isə keçən ilin dekabr ayında CNN-ə 2014-cü ildən bu yana təxminən 300 xarici terrorçunun silahlı, 500 xarici terroristin də mülki vəzifələrdə yer almaq üçün terror təşkilatı sıralarına qoşulduğunu açıqlayıb.

Digər tərəfdən, bir çox Qərb media orqanlarının PKK/YPG-də olan əcnəbi əsilli terrorçular ilə etdiklərimüsahibələr da diqqəti çəkir.

Bu müsahibələrdə əcnəbi əsilli terrorçuların bir qisminin təhsil həyatında uğursuz, cəmiyyətdə yer tapmamış adamlar olduqları, Marksist-Leninçi sol qrupların təsirində olduqları, PKK/YPG-yə qoşulduqdan sonra bir ay təlim keçdikləri, kürd dilini öyrəndikləri, tarix və idealogiya dərsləri aldıqlarını qeyd edirlər. Onlar həmçinin olduqları hər yerdə terrorçubaşı Öcalanın şəkillərinin asıldığını da bildirirlər.

İngiltərə mərkəzli Henri Jackson Cəmiyyətinin bir hesabatında isə bəzi qərblilərin ideoloji səbəblərlə PKK/YPG-də iştirak etdikləri, bəzilərinin isə pul üçün və ya insan öldürmə istəklərini təmin etmək məqsədilə bu istiqamətdə qərar verdiklərini bildirərək, bu adamların ciddi ağıl sağlamlığı problemlərinin olduğuna diqqət çəkir.

Türkiyə Silahlı Qüvvələrinin  Afrində terror təşkilatı PKK/PYD-yə qarşı “Zeytun budağı” əməliyyatında avropalı iki terrorçunun məhv edildiyi üzə çıxdı.

Qərb ölkələri  PKK/PYD/YPG cərgələrində olub ölkəsinə qayıdanlara fərqli münasibət göstərir. Qərb dövlətləri PKK/PYD-ni özlərinə təhdid kimi görmədikləri üçün bu kimsələr haqqında araşdırma aparılmır.

Ancaq, fevral ayının əvvəlində PYD/YPG-də iştirak edən bir İngiltərə vətəndaşının, ölkəsində terrorla mübarizə qanunu çərçivəsində mühakimə olunması gündəmə gəldi. İngilis polis təşkilatı Scotland Yard, PYD/YPG cərgələrinə qoşulan keçmiş əsgər Cim Mettyuzun terrorizm suçu ilə mühakimə olunacağını açıqlayıb. Mettyuz PYD/YPG-də iştirak edən ingilislər arasında terrorla mübarizə qanunu çərçivəsində mühakimə olunan ilk isim olacaq.

Məhkəmədə veriləcək qərarın terror təşkilatına qoşulan digər İngilitərə vətəndaşlar üçün də presedent təşkil etməsi gözlənilir.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər