İrandan daha bir rəzalət : Tehran derbisində hər iki komandanın tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndirdilər, dövlət televiziyası canlı yayım etdi – Video

İrandan daha bir rəzalət : Tehran derbisində hər iki komandanın tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndirdilər, dövlət televiziyası canlı yayım etdi – Video

İranın Tehran şəhərində keçrilən futbol çempionatının matçında azarkeşlər “Ölüm olsun türkə” şüarları səsləndiriblər.

Avropa.info gün.az-a istinadən xəbər verir ki, Tehran derbisində “İstiqlal” və “Piruzi” komandalarının tərəfdarları hamısı birlikdə “ölüm olsun türkə” şüarı qışqırıblar.

Hadisə martın 1-i Təbriz vaxtı ilə saat 15:45-də paytaxt komandalarının Azadı stadionunda keçirdiyi görüş zamanı baş verib. Qarşılaşma super liqa yarışlarının 25-ci həftəsi çərçivəsində keçirilib.

“Ölüm olsun türkə” şüarının səsləndirildiyi görüş İran televiziyasında da yayılıb.

Yuxarıda adları çəkilən Tehran komandalarının görüşlərində belə faktlara tez-tez rast gəlinir. Futbol Federasiyasının İnzibati Komitəsi isə paytaxt komandalarını, tərəfdarlarının irqçi hərəkətlərinə görə cəzalandırmır.

Bu arada super liqa yarışlarının 25-ci həftəsində Təbrizin “Traxtur” futbol komandası Tehranın “Peykan” takımı ilə qarşılaşıb. Martın 1-i yerli vaxtla saat 15:00-da Təbrizin səhənd stadionunda başlayan görüş 0:1 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb. “Peykan”a qələbə qazandıran qol oyunun 16-cı dəqiqəsində Mehdi Mömini tərəfindən vurulub.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər