Suriyada təyyarə qəzasında ölən rus generalı Bakıda 20 yanvar qırğınının iştirakçısı olub

Suriyada təyyarə qəzasında ölən rus generalı Bakıda 20 yanvar qırğınının iştirakçısı olub

Xəbər verdiyimiz kimi Rusiyanın Suriyadakı Hemymim bazasına eniş zamanı qəzaya uğrayan An-26 hərbi təyyarəsinin içində ölən şəxslər arasında rus general Vladimir Vaniyaminoviç Yeremeyev də olub.

Avropa.info xəbər verir ki, Vladimir Yeremeyev Moskva vilayəyində yerləşdirilmiş 27-ci motoatıcı qvardiya briqadasına komandanlıq edib.

Onun Moskvanın Troisk kilsəsində 2012-ci ildə çəkilmiş fotosu da var. O zaman o, polkovnik rütbəsi daşıyıb. Onun soldan ikinci şəxs olduğu ehtimal edilir.

2016-cı ilin dekabrında Rusiya prezidenti Putin Vladimir Yeremeyevə general-mayor rütbəsi verib.2012-ci ildə Moskvada keçirilən qələbə paradında 27-ci motoatıcı briqadaya komandanlıq edib.

“Rusiyanın hərbi xüsusi təyinatlıları, QRU-nun nəzakətli adamları” kitabına görə Yeremeyev Əfqanıstanda xidmət keçib. SSRİ silahlı qüvvələrinin Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələrində xidmət edən Yeremeyev 1988-91-ci illərdə 12-ci briqadanın tərkibində Tbilisi hadisələrinin, 1990-cı il 20 yanvarında Bakıda xalq hərəkatının yatırılmasında, Dağlıq Qarabağ muxtar vilayəti və Cənubi Osetiya ərazisində SSRİ-nin konstitusiya quruluşunun bərpasında iştirak edib. Onun Azərbaycanda xidmət etdiyi yer Zaqatala rayonu göstərilir.

3 sentyabr 1992-ci ildən briqada Ural hərbi dairəsinin tərkibinə daxil olub.

Qeyd edək ki, 1990-cı ilin yanvarın 20-də sovet qoşunları Bakıda kütləvi qırğın törədib. Bakıya qoşun yeridilməyəcəyini deyən o zamankı SSRİ rəhbərliyi ordu hissələrini Azərbaycanın paytaxtına göndərdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti özünün 19 yanvar 1990-cı il tarixli fərmanı ilə yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyət elan etdi. “QRU”-nun diversiya dəstələri ordu hissələrindən əvvəl Bakıya göndərilib və bu dəstə 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji blokunu partladıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər