“Yeni prezident Armen Sarkisyan Serj Sarkisyanın çirkli biznesini idarə edən “qara kassası”dır” – “Daşnaqstyun” Sarkisyanlara qarşı

“Yeni prezident Armen Sarkisyan Serj Sarkisyanın çirkli biznesini idarə edən “qara kassası”dır” – “Daşnaqstyun” Sarkisyanlara qarşı

 

Ermənistanın “Daşnaqstyun” pariyasının üzvlərindən biri Romik Manukyan sosial şəbəkədəki hesabında Ermənistanın yeni prezidenti Armen Sarkisyanın Serj Sarkisyanla biznes ortaqlığı və neft məhsullarının idxalından əldə edilən pulların xarici banklara yuyulması işinə rəhbərlik etməsi barədə yazı paylaşıb.

Avropa.info xəbər verir ki, Romik Manukyan yazısında Armen Sarkisyanı Serj Sarkisyanın  çirkli biznesini idarə edən şəxs adlandırıb.

“Armen Sarkisyan Serj Sarkisyanın biznes ortağı və çirkli biznesini idarə edən şəxsdir. Ermənistana neft məhsullarının idxalını və müxtəlif banklarda pulların yuyulması işini A. Sarkisyan həyata keçirib. Başqa hakimiyyət ortağının seçilməsi S. Sarkisyanın səhvi olardı” – Romik Manukyan belə yazıb.

Seçim prosesində Armen Sarkisyana dəstək verən “Daşnaqstyun” partiyasının sonradan belə bir mövqe sərgiləməsi erməni ictimaiyyətində çaşqınlığa yaradıb.

Bununla bağlı Ermənistan mətbuatında yayılan məqalədə qeyd olunur ki, prezident idarəetmə sistemindən parlament idarəçiliyi sisteminə keçməklə baş nazir postuna hazırlaşan Serj Sarkisyanın Armen Sarkisyanı parlamentdə seçdirməsi adi hal deyil. Belə ki, qısa bir müddət Ermənistanın baş naziri olmuş, sonradan Ermənistanın Birləşmiş Krallıqda səfiri olan Armen Sarkisyan Serj Sarkisyanın biznes ortağı və “qara kassası”dır. Onun Ermənistana neft məhsullarını idxal edən  “Fleş”, “SRS” şirkətləri, “Armavia” milli aviayükdaşıma şirkəti və “Armsvisbank” ilə ciddi əlaqələrə malik olduğu barədə Ermənistan KİV və sosial şəbəkələrdə məlumatlar yayılıb.

“Fleş” və “Armavia” şirkətlərinin rəhbərləri Barseq Beqlaryan və Mika Baqdasarov Serj Sarkisyanın sinif yoldaşlarıdır və onların fəaliyyətinə Armen Sarkisyan nəzarət edir.

Bundan başqa, hər il Ermənistana 50 min tondan çox dizel yanacağı və digər neft məhsulları idxal edilməsinə baxmayaraq, sənədlərdə rəsmi olaraq yalnız 12-15 min ton qeyd edilir. Məqalədə bildirilir ki, Serj Sarkisyanın təşkil etdiyi enerji qaçaqmalçılığı işini də məhz A. Sarqsyana məxsus “SRS” şirkəti həyata keçirir.

Həmçinin A. Sarkisyanla əlaqəsinin olduğu bilinən “Armsvisbank”ın  Ermənistanda çirkli pulların yuyulmasını və qarışıq bank əməliyyatlarını yerinə yetirdiyi qeyd olunur. Bankın rəhbəri, Qarabağda saat istehsal edən “Müller Frank” şirkətnin nümayəndəsi Vardan Sirmarkes A. Sarkisyanla ciddi ələqlərə malikdir.

Ermənistanın hakim elitası formal prezident Armen Sarkisyanı erməni xalqına alim, siyası və ictimai xadim kimi təqdim etməyə çalışsa da xarici ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri, demək olar ki, onun fəaliyyətini kriminal-oliqarxiya sisteminin başqa nümayəndələrindən və Ermənistanın digər inhisarçılarından fərqləndirmirlər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər