Ərzurumda “100-müz Özümüz Bir” tədbirinin təqdimatı

Ərzurumda “100-müz Özümüz Bir” tədbirinin təqdimatı

Ərzurumda “100-müz Özümüz Bir” tədbirinin təqdimat iclası keçirilib.

Avropa.info xəbər verir ki, Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Cümhuriyyətinin quruluşunun 100-cü ili münasibətilə Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbəsi, Eko Avrasiya Dərnəyi, Azərbaycan Ankara Səfirliyi və Ərzurum Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə “100-müz Özümüz Bir” tədbirinin təqdimat iclası keçirilib.

Keçirilən mətbuat konfransında Ərzurum Böyükşəhər Bələdiyyəsi Sədr Müavini Əyyub Tavlaşoğlu, Böyükşəhər Bələdiyyəsi Baş Katib Müavini Ünsal Kıraç, Böyükşəhər Bələdiyyə Baş Katib Müavini Zafer Aynalı, TDED Ərzurum Şöbəsinin Sədri Murat Ertaş, Eko Avrasiya Dərnəyinin Sədri Hikmet Eren və mətbuat nümayəndələri iştirak edib.

TDED Ərzurum Şöbəsinin Sədri Murad Ertaş: “Azərbaycan İlə Taleyimiz, Canımız, Qanımız Bir”- Toplantının açılış çıxışını edən Ərzurum Şöbəsinin Sədri Murat Ertaş, Ərzurumun taleyi ile Azərbaycanın taleyinin bir çox cəhətdən ortaq olduğuna diqqət çəkdi.

TDED Ərzurum Şöbəsinin Sədri Ertaş, sözlərinə belə davam edib: “İllərdir ifadə edirik, Ərzurum, sadəcə, bir şəhər deyil, vətəndir. Prof.Dr. Murat Küçükuğurlunun son müşahidələrinə görə, Ərzurumun ətrafında 50-nin üzərində istehkam vardır, yəni dövrün qalası. Bir şəhər 50 qala ilə qorunur mu? Demək ki qorunan sadəcə bir vilayət deyil, bütün bir Anadolu və paytaxtdır, vətəndir. Bu halda Ərzurumun qurtuluşu hər hansı bir şəhərin, rayonun düşmən işğalından qurtuluşu kimi istifadə dəyərləndirilməməli. Elə bu səbəbdən Ərzurum vətəndir – deyirik. Ərzurum Anadolunun şərqdəki can boğazıdır. Bizim “Türk eli dediyimiz Qafqazın Anadoluya bağlandığı əldir Ərzurum. Bu əl 1916-cı ildə yerə düşdüyü zaman Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti bu əli tutub qaldırmışdır. Ərzuruma ərzaq və insan yardımı daşıyan cəmiyyətin heyət sədri Gəncəli Seyidov Ərzurumda Ermənilərlə şəhid edilmişdir. Kazım Qarabəkir 12 Martın davamında ordusunu dayandırmamış Qars, Ərdahan, Gümrüye qədər ceddimizin torpağını düşməndən təmizləmiş, Azərbaycanın kuruluş muştu-sunu yandırmışdır. Ərzurumun qurtuluşu bu baxımdan Azərbaycanın qurtuluşuna açılan qapıdır. Yenə Ənvər Paşanın qardaşı Nuru Paşa Azərbaycanın qurucusudur. Ərzurumlu Mürsəl Paşa Bakını Ermənilərdən və Ruslardan təmizləyən sərkərdədir. Məhz bütün bunları bir araya gətirsək belə çıxır ki, Azərbaycan ilə bizim yalnız 100-müz özümüz yox, qanımız canımız da, sazımız, avazımız da, taleyimiz də birdir. Bu il tədbirlər bu baxımdan əzbəri pozan tədbirlər olacaqdır. 12 Mart ilk dəfə belə qeyd olunacaq, bundan əlaqədar olaraq, Ərzurum böyükşəhər Bələdiyyə sədri Cənab Mehmet Sekmenə təşəkkür edirik. Tarix 100-cü ili, tədbirlərini, Cənab Mehmet Sekmeni yaxın gələcəkdə yazacaq”.

Eko Avrasiya Dərnəyinin Sədri Hikmet Eren: Türkiyə İlə Azərbaycan yüksək səviyyəli strateji əməkdaşlıq içərisindədir. “Ortaq tarixi və keçmişi olan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hər sahədə “Qızıl Dövrünü” yaşayır. Prezidentlərimizin həmsədrliyi ilə “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Konseyi”-nin yaranması və toplantıların ardıcıl şəkildə həyata keçirilməsi əlaqələrimizin daha sağlam bir zəmində getməsini təmin etmişdir. Dünyada ikinci bir örnəyi olmayan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin, başda enerji sahəsində olmaq üzrə bir çox sahədə mərhələli şəkildə irəliləmiş olmasının qürurunu yaşayırıq. Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsi regional əməkdaşlıq imkanlarımızın ən yüksək səviyyədə istifadə edildiyinin bir nişanəsidir. Azərbaycan və Türkiyə arasında beş əsrdə əldə edilmiş uğur və birləşmə, sarsılmaz olan qardaşlıq əlaqəmizin sanki bir dəmir halqaları deməkdir. Bundan sonra da ölkələrimiz arasındakı qardaşlıq bağı daha da, möhkəmlənəcək və yüksələn xətlə inkişaf etməyə davam edəcəkdir. Bizlər də mövcud olan bu əlaqələrə töhfə vermək məqsədilə etmiş olduğumuz missiya adına fəaliyyətlər icra etmək üzrə hal-hazırda, Ərzurumda olmaqdayıq”.

Ərzurum Böyükşəhər Bələdiyyə Sədr Müavini Əyyub Tavlaşoğlu: “Region Şəhəri Ərzurumun 100-cü ilinə damğa vuracaq tədbir hazırlamışıq- Ərzurumun 100-cu ilinə damğa vuracaq bir tədbir hazırladığını ifadə edən Ərzurum Böyükşəhər Bələdiyyə Sədr Müavini Əyyub Tavlaşoğlu, “Ərzurumun qurtuluşunun 100-cü ildönümü və Azərbaycanın Cumhuriyyətinin 100-cü il dönümünü qeyd etmək üçün hamı birlikdə bir proqram edəcəyik. Narmanlı məscid qabağından başlayıb İbrahim Erkal Sənət Mərkəzinin önünə qədər Ərzurumlular ilə birlikdə bu tədbiri keçirəcəyik, bütün həmyerlilərimizi tədbirə dəvət edirəm. Azərbaycan ilə birgə bir şəkildə bunu etməyimizin səbəbi Azərbaycandakı qardaşlarımız da, eyni Ərzurumdakı insanlar kimi o zaman Erməni zülmünə məruz qalmış 1992-ildə belə bunun əks olunmaları qabarıq bir şekildə davam etdirilmişdir. Bunun yaxın bir tarixdə aparılmasına baxmayaraq bütün dünya dövlətləri tərəfindən bunun fərqli təqdim edilməsindən dolayı bu keçirəcəyimiz tədbirin çox daha əhəmiyyətli olacağı görünür”. Tədbirlərimizin əsas məqsədlərini belə sıralaya bilərik: 12 Martın və qardaş dövlət Azərbaycanın Cumhuriyyətinin 100-cü ilini qutlamaq. Ərzurumlu Mürsəl Paşanın Qafqaz İslam Ordularında göstərdiyi qəhrəmanlığı və Bakının qurtuluşunda üzərinə götürdüyü vəzifəni xatırlamaq. Soyadı qanunundan sonra Mürsəl Paşa “Bakı” soyadını almışdır. Bir vəfa olaraq, Ərzurumun qurtuluşunda Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə Qardaş Köməyi (Yardımı) fəaliyyətini xatırlamaq. Ən əhəmiyyətlisi də, 1992-ci ildə Xocalıda Ermənilərin həyata keçirdiyi Türk soyqırımının il dönümü. Ərzurumda 100 il öncəsində Türk soyqırımı həyata keçirildi. Avropa ölkələri ölkəmizin inkişafına dözə bilməyərək Erməni təsəvvürü altında Türkiyəni sıxışdırmağa çalışırlar. Həssas günlərdən keçirik. Bu günlərdə Azərbaycan ilə əlaqələrimizi daha da sıxlaşdırmaq lazımdır. Avropaya qarşı Türkiyə ilə Azərbaycanın diasporu təkdir. Tədbirlərimiz Cümə günü namazdan sonra Narmanlı Məscidi önündən hərəkət edəcək təntənəli nümayiş yürüşü ilə başlayacaq. Yürüşdə əllərimizdə Azərbaycan və Türkiyə Cumhuriyyəti bayraqları ilə qurtuluşu ən yaxşı izah edən şüarların olduğu simvollar paylanacaq. İbrahim Erkal Dadaş Mədəniyyət və İncəsənət Mərkəzinin qarşısında son çatacaq yürüşdən dərhal sonra salona keçəcəyik və “100müz Özümüz Bir” başlıqlı 100-cü il şuramız başlayacaq. Şura iki sessiyadan ibarət olacaq. Birinci sessiyada şəhərimizdən elm adamları, ikinci sessiyada Azərbaycanlı elm adamları qurtuluş təcrübəmizi, ümumi taleyimizi bizlərə yenidən yaşadacaq, danışacaqlar. Ertəsi gün tariximizin ortaq qəhrəmanları adına Azərbaycan Bulvarında gördüyümüz 100-cü il Qəhrəmanlar Abidəsinin və Nuri paşa Parkının açılışını edəcəyik. Bu qəhrəmanlar Gəncəli Seyidov, Mürsəl Paşa, Kazım Qarabəkir Paşa və Nuru Paşadır. Axşam da Mədəniyyət və Turizm Nazirliyimizin Türk Dünyası Musiqi Birliyi bizə mahnılar altında qardaşlığımızı ifadə edəcəklər. Qəhrəmanlıq xalq mahnılarımızı və himnimizi səsləndirəcəklər. Proqramımızda yurd içindən və xaricindən bir çox qonaqlar iştirak edəcək. Məhz qardaş dövlət Azərbaycandan iştirak edəcək adları sizlərlə bölüşmək istəyirəm:

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Dünya Azərbaycanlılar Konqresinin Sədri Doktor Asif Qurban, konsullar, elm adamları, sənətçilər və jurnalistlər 100-cü il tədbirlərimizdə iştirak etmək üçün şəhərimizdə olacaqlar. Tədbirlərimizin hamısı pulsuzdur və xalqımız dəvətlidir. Xalqımıza unudulmaz bir 100-cü il yaşadacağımızı hesab edirəm”deyə çıxış edib. Ünsal Kıraç: Bütün həmyerlilərimizi bu tədbirə dəvət edirik. Ərzurum Böyükşəhər Bələdiyyəsi Baş Katib Müavini Ünsal Kıraç da “100-cü il təbriklərini Ərzurum sərhədlərindən uzaqlara daşımaq istədik. Bu istiqamətdə 9-10 Martda iki gün davam edəcək çox mənalı tədbirlərdən ibarət proqram hazırlamışıq, bütün həmyerlilərimizi bu tədbirlərə dəvət edirik”,- deyə bildirib.

Ülkər Piriyeva

Ankara

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər